Azərbaycanda fəaliyyət göstərən bankların böyük əksəriyyəti son bir ildə haqq və komissiya gəlirlərini artırıb.
Haqq və komissiya gəlirlərinin həcmi üzrə – BANKLARIN RENKİNQİ (30.06.2026)
FED.az-ın bankların 2025 və 2026-cı illərin ikinci rübünün sonuna olan göstəriciləri əsasında hazırladığı renkinqə görə, müqayisə olunan 21 bankdan 14-də haqq və komissiya gəlirləri artıb.
Faiz ifadəsində ən böyük artım Bank Melli İranda qeydə alınıb. Bankın haqq və komissiya gəlirləri 6 min manatdan 11 min manata yüksəlib. Artım 5 min manat və ya 83,3% təşkil edib. Bununla belə, bankın komissiya gəlirlərinin mütləq məbləği olduqca aşağıdır.
İkinci yerdə AFB Bank qərarlaşıb. Bankın komissiya gəlirləri 3 milyon 398 min manatdan 4 milyon 480 min manata yüksəlib. Bir il ərzində artım 1 milyon 82 min manat və ya 31,8% olub.
Üçüncü ən yüksək artım Bank of Bakuda qeydə alınıb. Bankın haqq və komissiya gəlirləri 9 milyon 287 min manatdan 11 milyon 474 min manata çatıb. Artım 2 milyon 187 min manat və ya 23,5% təşkil edib.
ABB-nin komissiya gəlirləri 29 milyon manat artıb
Faiz dinamikasına görə dördüncü yerdə ABB qərarlaşıb. Bankın komissiya gəlirləri 125 milyon 454 min manatdan 154 milyon 511 min manata yüksəlib.
Beləliklə, ABB bir il ərzində komissiya gəlirlərini 29 milyon 57 min manat və ya 23,2% artırıb.
Sonrakı yerlərdə Yapı Kredi Azərbaycan 15,7%, XalqBank 14%, Unibank isə 13,6%-lik artımla qərarlaşıb. Unibankın komissiya gəlirləri 51 milyon 203 min manatdan 58 milyon 153 min manata yüksələrək 6 milyon 950 min manat artıb.
Faiz ifadəsində artım 11,9% olsa da, mütləq məbləğ üzrə ən böyük artım Kapital Bankda qeydə alınıb.
Bankın haqq və komissiya gəlirləri 280 milyon 281 min manatdan 313 milyon 571 min manata yüksəlib. Nəticədə bir il ərzində artım 33 milyon 290 min manat təşkil edib.
Rabitəbankda artım 8,1%, VTB bankda 7,4%, AccessBankda 4,9%, PAŞA Bankda 4,7%, Ziraat Bankda 2,9%, Premium Bankda isə 2,3% olub.













