2025-ci ilin sonuna Kapital Bank-ın likvidlik örtmə əmsalı 137.9% təşkil edib
Kapital Bank ötən il 50 milyon dollarlıq sindikatlasdırılmış kredit cəlb edib
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri Kapital Bank-ın 2025-ci ilin yekunları və 2026-cı ilin fəaliyyət planlarına dair mətbuat konfransında bankın İdarə Heyətinin Sədrinin 1-ci müavini Cavid Mirzəyev bildirib.
“Beynəlxalq reytinqlərimizi dəstəkləyən ən həlledici faktorlardan biri də yüksək likvidlik səviyyəmizdir. Faiz qazandıran aktivlərimizin böyük hissəsi qısa və ortamüddətli kreditlərə, dövlət qiymətli kağızlarına və etibarlı istiqrazlara yatırıldığı üçün Bankımız hər zaman yüksək likvidliyə malikdir. Sonda qeyd etmək istərdim ki, 2025-ci ilin sonuna likvidlik örtmə əmsalımız (LCR) milli valyutada 102.7%, xarici valyutada 310%, ümumilikdə isə 137.9% təşkil etmişdir. Bazel III standartlarının tələb etdiyi 100%-lik minimum həddi əhəmiyyətli dərəcədə üstələməyimiz, Bankımızın hər cür bazar şəraitinə qarşı kifayət qədər möhkəm likvidlik buferinə sahib olduğunu nümayiş etdirir”.














