Azərbaycan Mərkəzi Bankı (AMB) 2023-cü ildə milli valyutada kreditlər üzrə orta faiz dərəcələrinin cüzi artdığını qeyd edir.
FED.az xəbər verir ki, bu barədə bankdan məlumat verilib.
2024-cü il yanvarın 1-nə milli valyutada kreditlər üzrə orta faiz dərəcəsi 2022-ci ilin yekunları üzrə 14,13%-ə qarşı 14,31% təşkil edib.
2023-cü il dekabrın sonuna xarici valyutada kreditlər üzrə orta faiz dərəcəsi 5,12% təşkil edib, 2022-ci ilin sonuna bu göstərici 4,85%-ə bərabər olub.
Bununla yanaşı, 2024-cü ilin əvvəlinə hüquqi şəxslər üçün milli valyutada kreditlər üzrə orta faiz dərəcəsi 10,14% (2022-ci ilin sonuna 9,99%), xarici valyutada 5,16% (4,78%) təşkil edib.
Hesabat dövrünün sonuna fiziki şəxslər üçün milli valyutada kreditlər üzrə orta faiz dərəcəsi 16% (16,04%), xarici valyutada 4,67% (5,26%) təşkil edib.
2023-cü ilin sonuna milli valyutada əmanət və depozitlər üzrə orta faiz dərəcəsi 8,19% (2022-ci ilin sonuna - 8,6%), xarici valyutada əmanətlər üzrə orta faiz dərəcəsi 2% (1,41%) təşkil edib.
2024-cü il yanvarın 1-nə hüquqi şəxslər üçün milli valyutada əmanət və depozitlər üzrə orta faiz dərəcəsi 5,63% (5,12%), xarici valyutada 1,92% (0,91%) təşkil edib.
Hesabat dövrünün sonuna fiziki şəxslər üçün milli valyutada əmanət və depozitlər üzrə orta faiz dərəcəsi 9,26% (9,28%), xarici valyutada 2,08% (1,79%) təşkil edib. (İnterfaks-Azərbaycan)