Sahibkarlığın İnkişaf Fondu 2021-ci ilin yekunlarına dair hesabatları açıqlayıb.
Eləcə də bax: Biznes kreditinin dinamikası üzrə – BANKLARIN RENKİNQİ (01.10.2021)
FED.az xəbər verir ki, Sahibkarlığın İnkişafı Fondu ötən il ümumilikdə 44 müvəkkil kredit təşkilatı ilə əməkdaşlıq edib.
Ötən il ərzində ən çox sayda kredit verən 5 müvəkkil kredit təşkilatının siyahısına daxildir:
1. “Unibank” KB ASC – 451
2. “Bank Respublika” ASC – 444
3. “AccessBank” QSC – 324
4. “Aqrarkredit” QSC BOKT – 216
5. “Rabitəbank” ASC – 96
Onu da qeyd edək ki, güzəştli kredit mexanizmi çərçivəsində 1902 layihənin maliyyələşdirilməsi həyata keçirilib.