Yeni il ərəfəsidir, deməli hədiyyə almaq zamanı da gəlmişdir. Bu yazı bank, maliyyə və investisiya sahəsində çalışan bəylərimizə edə biləcəyimiz hədiyyələr üçün nəzərdə tutulub.
Bankirlər Azərbaycanda siravi işçilərdən daha çox qazanmış ola bilər, bunu hər il yayımlanan dövlət statistikası da göstərir. Maliyyə sahəsində çalışanlar ölkədə ikinci ən yüksək gəlirləri olan şəxslərdir. Bu heç də o demək deyil ki, onlara hədiyyə almaq üçün bank qarət etməlisiniz.
FED.az portalı olaraq sizə seçimdə kömək olmağa çalışacağıq.
Eləcə də bax: Yeni İl gəlmədən etməli olduğunuz - 13 MƏSƏLƏ
1. YEMƏK BİŞİRMƏK KİŞİ İŞİDİR
Nə qədər çox pul qazansalar və işləsələr də, bankirlər də mətbəx üçün darıxır. Bəlkə dadlı bir yemək hazırlamaq onların gizli arzusudur. Beləliklə bankirlər üçün məxsusi hazırlanmış, əl işi olan, doğrama və ya servis üçün mətbəx taxtası sifariş etmək olar.
Yerli bazarda belə işləri hazırlayan bir çox taxta-əl işləri atelyeləri vardır. Belə bir hədiyyə gözlənilməz olduğu üçün onlara əsl sürpriz olacaq və təəccübləndirəcək.
2. İKİ NƏFƏRLİK ŞƏRAB DEQUSTASİYA TURU
Birlikdə zaman keçirmək, əylənmək üçün şərab dequstasiya turuna onları dəvət edə bilərsiniz. Təbii ki, bu hədiyyə şərabdan zövq almağı xoşlayan, içməyi bacaran bankirlər üçün uyğun olacaq.
Ölkəmizdə Savalan, AzGranata, Gəncə Şərab Zavodu və digər şərab evləri bu kimi turlar təşkil edir.
Eləcə də bax: Azərbaycanın ən bahalı - YENİ İL MƏCLİSLƏRİ- SİYAHI – QİYMƏTLƏR
3. QALSTUK DƏSTİ
Nə qədər standart səslənsə də, bankirlərin ən çox istifadə etdiyi qarderob elementidir. Bir bankir üçün qalstuk demək olar ki, hər zaman istifadə edəcəyi praktik hədiyyədir. Sifariş edilməsi də çox asandır.
4. 2020 AVROPA FUTBOL ÇEMPİONATI
Dörd ildən bir keçirilən çempionatda bu il Bakı A qrupunda keçiririləcək üç oyuna və bir təsnifat mərhələsinə ev sahibliyi edəcək, biletlərin satışı pəncərəsi isə sadəcə dekabrın 18-nə qədər açıq olacaq, deməli tələsməlisiniz. Oyunlar sadəcə Bakıda deyil Amsterdam, Bilbao, Buxarest, Budapeşt, Qlazqo, Dublin, London, Roma, Münix və Sankt Peterburq kimi gözəl şəhərlərdə keçiriləcək. Oyunları izləmək üçün təyyarə biletlərinin nisbətən ucuz başa gələcəyi Peterburq və ya Budapeştə getmək olar. Qeydiyyatdan keçərək biletləri əldə edə bilərsiniz. Biletlərin qiyməti qrup və təsnifat mərhələsindən asılı olaraq fərqlidir: məsələn UEFA-nin rəsmi saytında Bakıdakı oyunların qiyməti 30-225 avro arasında dəyişir. İspaniyada keçiriləcək oyunların qiymətləri isə 30-185 avrodur. Londonda olacaq final üçün qiymətlər 295 – 945 avroya qədər yüksələ bilər. Hər bir federasiya öz ölkələrinin fan klub üzvlərinə biletləri endirimli qiymətlə sata bilər.
Eləcə də bax: Bölgələrdə kurortların “Yeni il” qiymətləri – 3 GECƏYƏ 7 536 MANAT - QİYMƏTLƏR
5. ANDREA BOCHELLİ DİNLƏMƏK FÜRSƏTİ
Bir bankiri həzin səsli Andrea Bochelli konsertinə dəvət etmək olar. ABŞ-da verdiyi konsertlərin sayı daha çox olsa da, onu Avropada dinləmək şansınız var. Belə ki, yanvar ayında Latviya və Litvada, daha sonra isə Sloveniya və Parisdə konsertləri olacaq, amma düşünürəm ki, bakılılar üçün ən münasibi Kiyevdə 16 mayda olacaq konsertdir. Yəni bankirlər Ukraynaya getməyi onsuz da sevir, Buta hava yolları ilə bu tarixə indidən ucuz bilet də tapmaq olar. Hazırda 90-300 avro civarında biletlər tapmaq mümkündür.
6. STİNQİN KONSERTİNƏ BİLET
Bochelli deyil Stinq pərəstişkarı olan bankirlər üçün də 2020-ci ildə gözəl fürsətlər var. İyun ayından etibarən Stinqin Almaniyada konsertləri olacaq. İyulda isə Polşa və Çexiyada konsertlər vardır. Stinqin konsetlərinin tarixi ilə buradan tanış ola bilərsiniz. Varşavada iyulun 25-də keçirilən konsertə isə burada bilet ala bilərsiniz
7. BİR GÜNLÜK ARZULADIĞI AVTOMOBİLİ ONA BAĞIŞLAYIN
Gənc bankirlər üçün test drayv hədiyyə etmək olar. Bakıda Mazda, Toyota kimi avtomobil dilerlərində test drayv üçün müraciət etmək mümkündür. Həmçinin VİP avtomobillərin bir günlük kirayəsi – Rent a Car Baku də əlçatandır, sadəcə təklif olunan VİP avtomobillərin illəri elə də yeni deyil. Bununla yanaşı daha münasib qiymətə yeni avtomobillər Automile və White Rent a Car şirkətlərində icarəyə götürmək mümkündür.
Əgər hədiyyə etmək istədiyiniz bankir tez-tez İngiltərəyə səfər edirsə, ona “VirginExperineceDay“-dən yürüş təcrübəsi hədiyyə edə bilərsiniz. Bu ən bahalı – Ferrari, Lamborgini, Aston Martin kimi idman avtomobillərinin Bakıdakından daha sərfəli qiymətə kirayəsini mümkün edir.
Belə bir avtomobil sürdükdən sonra, hər kəs onu alacaq qədər motivasiya ilə çalışmağa başlayacaq. Çünki bu dəfələrlə yaşamaq istəyəcəyiniz bir zövqdür.
8. ŞƏXSİ ATM
Əgər üzlərini güldürmək istəyirsinizsə, onlara belə bir personal ATM (daxıl) də hədiyyə edə bilərsiniz. Adi ATM-dən heç nə ilə geri qalmır, istifadə üçün pin kod da tələb edir. Arada bir sadəcə batereyasını təzələmək lazım gələcək və içərisində nağd pul saxlamaq olur. Amazondan sifariş etmək mümkündür
Qiymət: 26 USD/45 AZN
9. ZƏRİF TOXUNMA SVİTER
Əlbəttə ki, bankirlər hər zaman şalvar-pencək dəstləri, ciddi plaş və paltolar, tünd rəngli geyimlər alırlar. Hər hansı bir bankirə kostyum hədiyyə etmək riskdir, çünki pencəklərin və şalvarın insanın əyninə necə otutacağını öncədən təsəvvür etmək olmur.
Bu zaman zərif toxunmuş, lakin soyuq havalarda isti saxlayacaq, həmçinin bankirin gündəlik boz geyiminə bir az rəng qatacaq sviterə üz tutmaq əla seçim ola bilər.
10. İŞGÜZAR MESSENCER ÇANTASI
Bir iş adamına fərqli obrazları ilə hər zaman uyğunlaşdıra biləcək bir çanta gərəkdir. Ona görə də bankirlərə də belə bir vinrtaj çanta çox uyğun olacaq. Qiymət: 110 AZN