2018-ci ilin bəzi ayları manatın məzənnəsi və onu tənzimləyən Azərbaycan Mərkəzi Bankı üçün daha ağır keçəcək. FED.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Vüqar Bayramov bildirib. Onnu sözlərinə görə, 2017-ci ildə Neft Fondunun satdığı dolların həcmi ilə bağlı məlumatlar göstərir ki, bəzi aylarda dollara tələbat daha artıq olur:
«Ötən ilin dekabr ayında hərraclarda yarım milyard dollardan artıq valyuta satılıb. Öncədən də proqnozlaşdırdığımız kimi, ötən ay dollara tələbin artması müşahidə edildi. İlin son ayında əvvəlki ay ilə müqayisədə 2.8 dəfə, yəni 584,8 milyon dollar satılıb. Deməli, ötən ay məzənnənin qorunması birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olub. Sadəcə bir ay ərzində yarım milyard dollardan artıq xarici valyutanın satılması dollara olan tələbin xüsusi aylarda yüksək qaldığından xəbər verir. Bu isə o deməkdir ki, bu il də manatın məzənnəsi Dövlət Neft Fondunun satdığı dolların məbləğindən və deməli, neft gəlirlərimizin həcmindən asılıdır. 2018-ci ildə isə Mərkəzi Bank üçün cətin aylar mart, avqust və ilin son ayı olacaq».
2018-də manat üçün ən çətin aylar açıqlandı
11:34
6 Yan 2018