S&P Global” hər il aktivlərinə görə, dünyanın ən böyük banklarının illik renkinqini dərc edir. Ötən ilki renkinqdə olduğu kimi bu ildə də siyahının ilk dördlüyündə Çin bankları yer almışdır.
“S&P Global” siyahıya Asiya, Şimali Amerika və Avropa ölkələrindən aktivləri 1 trilyon ABŞ dollarından çox olan 28 bankı əlavə etmişdir.
Ümumilikdə, 11 Avropa bankı, 11 Asiya bankı və 6 Şimali Amerika bankı 1 trilyon ABŞ dollarından çox aktivlərə malikdirlər.
FED.az sizi dünyanın ən böyük bankları ilə tanış edir:
28. “UniCredit”, İtaliya — 1.004 trilyon ABŞ dolları
27. “Norinchukin” Bankı, Yaponiya — 1.006 trilyon ABŞ dolları
26. “ING Qrup”, Hollandiya — 1.02 trilyon ABŞ dolları
25. “Toronto-Dominion” Bankı, Kanada — 1.03 trilyon ABŞ dolları
24. “Royal Bank of Canada”, Kanada — 1.04 trilyon ABŞ dolları
23. “Lloyds” Bankçılıq Qrupu, Böyük Britaniya — 1.1 trilyon ABŞ dolları
22. “Postal Savings Bank of China”, Çin — 1.385 trilyon ABŞ dolları
21. “Bank of Communications”, Çin — 1.39 trilyon ABŞ dolları
20. “BPCE” Qrupu, Fransa — 1.51 trilyon ABŞ dolları
19. “Societe Generale”, Fransa — 1.5311 trilyon ABŞ dolları
18. “Barclays”, Böyük Britaniya — 1.5317 trilyon ABŞ dolları
Barclays-in CEO-su Jes Staley