"Finans İnvest" MMC bank olmayan kredit təşkilatının (BOKT) direktoru Natiq Məmmədov işdən çıxıb.
FED.az Vergilər Nazirliyinə istinadən xəbər verilir ki, o, "Caspian İnvest" MMC BOKT-un direktoru vəzifəsində təyinat alıb. N.Məmmədov yeni vəzifəsində Tural Cəmilovu əvəz edib. "Finans İnvest"ə rəhbərlik isə Yusif Quliyevə həvalə olunub.
Eləcə də bax: Azərbaycanda BOKT ləğv olunduğunu elan edib