Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 28-nin ötənilki qeyri-faiz xərcləri qeyri-faiz gəlirlərini üstələyib.
Yalnız 2 bank - "Azərbaycan Beynəlxalq Bankı" və "Günay Bank" ötən il qeyri-faiz mənfəəti əldə edə bilib. Bu bankların qeyri-faiz gəlirləri qeyri-faiz xərclərindən müvafiq olaraq 332,321 milyon manat və 4,195 milyon manat çox olub. Qalan 28 bank isə qeyri-faiz əməliyyatlarında müsbət saldoya nail ola bilməyib.
İllik mənfi saldonun ən yüksək həddi "Access Bank"da (81,65 milyon manat), ən aşağı həddi isə "Naxçıvan Bank"da (0,016 milyon manat) qeydə alınıb.
Ümumilikdə, mənfi saldo 2 bankda 0-1 milyon manat arasında, 14 bankda 1-10 milyon manat arasında, 12 bankda isə 10 milyon manatdan çoxdur.
№ |
Bankın adı |
Bankın illik qeyri-faiz mənfəəti (milyon manatla) |
1 |
Azərbaycan Beynəlxalq Bankı |
332,321 |
2 |
Günay Bank |
4,195 |
3 |
Naxçıvan Bank |
-0,016 |
4 |
Pakistan Milli Bankı - Bakı |
-0,941 |
5 |
Bank Avrasiya |
-1,320 |
6 |
İran Milli Bankı - Bakı |
-1,483 |
7 |
NBC Bank |
-2,890 |
8 |
Zıraat Bank Azərbaycan |
-2,313 |
9 |
Bank Respublika |
-3,278 |
10 |
Rabitəbank |
-3,304 |
11 |
Azərbaycan Sənaye Bankı |
-3,705 |
12 |
AFB Bank |
-3,901 |
13 |
AGBank |
-6,245 |
14 |
Amrah Bank |
-6,381 |
15 |
Bank Silk Vey |
-6,698 |
16 |
Turan Bank |
-8,645 |
17 |
Bank BTB |
-9,684 |
18 |
Yapı Kredi Bank Azərbaycan |
-9,892 |
19 |
Azər-Türk Bank |
-11,421 |
20 |
Kapital Bank |
-13,232 |
21 |
Muğan Bank |
-13,947 |
22 |
Bank VTB Azərbaycan |
-15,318 |
23 |
Express Bank |
-17,234 |
24 |
Nikoyl Bank |
-18,491 |
25 |
Atabank |
-20,670 |
26 |
Bank of Baku |
-24,567 |
27 |
PAŞA Bank |
-26,518 |
28 |
Xalq Bank |
-27,690 |
29 |
Unibank |
-39,073 |
30 |
Access Bank |
-81,650 |