“Bank of Baku” kredit şərtlərini yumşaldıb.
Bunu jurnalistlərə açıqlamasında “Bank of Baku” ASC-nin Reklam və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gülşən Cumayeva deyib:
"Bilirsiz ki, məlum səbəblərdən bankın kredit şərtləri sərtləşmişdi. Artıq bu şərtlər yumşaldılıb və 185 manat əmək haqqı alan vətəndaşlar da bankımızdan kredit götürə biləcəklər".
G. Cumayeva həmçinin, Bolkart-ın 6 illiyi münasibətilə müştərilərini yeni kampaniyalarla sevindirəcəklərini də bildirib: "Qarşıdan Bolkart-ın 6 yaşı gəlir. Bunun üçün yeni kampaniyalarımız nəzərdə tutulur. Bolkart müştəriləri üçün əlverişli şərtlər və ballar qazandıran kampaniyalar olacaq".
Qafqazinfo©