Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 14-nün bu il oktyabrın 1-nə depozit portfeli illik müqayisədə az olub.
FED.az xəbər verir ki, bunlar "Azərbaycan Sənaye Bankı", "Atabank", "PAŞA Bank", "Zıraat Bank Azərbaycan", "Premium Bank", "Rabitəbank", "Bank Avrasiya", "Muğan Bank", "AGBank", "Yapı Kredi Bank Azərbaycan", "Express Bank" və İran Milli Bankının Bakı filialıdır. Ən az azalma "Azərbaycan Sənaye Bankı"nda (1,9%), ən çox azalma isə İran bankında (39,7%) qeydə alınıb.
Eləcə də bax: Azərbaycanda banklara yatırılan depozitlər - ARTIB
Qalan 18 bankın depozit portfeli isə artıb. Ən yüksək dinamika "AFB Bank"da (73,5%), ən aşağı dinamika isə "Amrah Bank"da (1,2%) qeydə alınıb.
5 bankın depozit portfeli 1 milyard manatdan çoxdur
Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 5-nin bu il oktyabrın 1-nə depozit portfeli 1 milyard manatdan çox olub.
Bunlar "Azərbaycan Beynəlxalq Bankı" (5 milyard 461 milyon 198 min manat), "PAŞA Bank" (3 milyard 311 milyon 614 min manat), "Kapital Bank" (3 milyard 193 milyon 557 min manat), "Xalq Bank" (1 milyard 419 milyon 798 min manat) və "Bank Respublika"dır (1 milyard 31 milyon 33 min manat).
Qalan 25 bankdan 18-də depozit portfeli 100 milyon manatdan 1 milyard manata qədər, 5 bankda 10-100 milyon manat arasında, 2 bankda isə 10 milyon manatdan azdır.
Eləcə də bax: Azərbaycanda ən kiçik depozit portfeli olan - 5 BANK MƏLUM OLUB
"Renkinq"