Azərbaycan Mərkəzi Bankı (AMB) noyabrın 14-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.
AMB-dən Fed.az-a verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi bu günlə müqayisədə 0,5% artaraq 1,6954 səviyyəsində müəyyən olunub. Bu isə Banklarda USD satışının təxminən 1.7632 (+4%) səviyyəsində gözləniləcəyini təsdiq edir.
Xatırladaq ki, bu gün dollar 1,6869 manata bərabər olub. Banklarda isə 1.7450 (+4%) səviyyəsində müəyyən edilmişdir.