Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 10-nun ötənilki əməliyyat xərcləri əvvəlki ilə nisbətən az olub.
Eləcə də bax: Banklar 2020-ci ili belə başa vurdular - MƏNFƏƏT VƏ ZƏRƏR, MƏBLƏĞLƏR - SİYAHI
FED.az xəbər verir ki, bunlar “Premium Bank”, “Xalq Bank”, “Günay Bank”, Pakistan Milli Bankının Bakı filialı, “Access Bank”, “Bank Avrasiya”, “Yapı Kredi Bank Azərbaycan”, “AFB Bank”, “Muğan Bank” və “Express Bank”dır.
Ən çox azalma “Express Bank”da (15%), ən az azalma isə “Premium Bank”da (0,4%) qeydə alınıb.
Qalan 16 bankın isə əməliyyat xərcləri artıb. Ən yüksək dinamika “Azərbaycan Beynəlxalq Bankı”nda (24,5%), ən aşağı dinamika isə “Bank VTB Azərbaycan”da (0,6%) qeydə alınıb.
4 bankın ötənilki əməliyyat xərcləri 100 milyon manatdan çox olub
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 4-nün ötənilki əməliyyat xərcləri 100 milyon manatdan çox olub.
Bunlar “Azərbaycan Beynəlxalq Bankı” (328,422 milyon manat), “Kapital Bank” (318,334 milyon manat), “PAŞA Bank” (188,945 milyon manat) və “Access Bank”dır (101,756 milyon manat).
Qalan 22 bankdan 4-də əməliyyat xərcləri 50-100 milyon manat arasında, 14 bankda 10-50 milyon manat arasında, 4 bankda isə 10 milyon manatdan az olub.
Eləcə də bax: Azərbaycanda kapital dinamikası üzrə – BANKLARIN RENKİNQİ (31.12.2020)
(Renkinq)