Azərbaycan bankları 2022-ci ilin 2-ci rübünün nəticələrini açıqlayırlar.
Eləcə də bax: Azərbaycan bankları 2-ci rübü belə başa vurdu – MƏNFƏƏT-ZƏRƏR – SİYAHI - YENİLƏNİR
FED.az bankların nəticələrini onlayn rejimdə (fasiləsiz yeniləyərək) təqdim edir.
Xatiırladaq ki, hazırda Azərbaycanda 26 bank fəaliyyət göstərir. İndiyədək onlardan 17 bank nəticələrini açıqlayıb.
Yarım ilin nəticəsi olaraq 16 bank mənfəət, 1 bank zərər açıqlayıb.
Hələlik ən böyük mənfəət əldə edən banklar - Azərbaycan Beynəlxalq Bankı – ABB – 118,4 milyon manat, «KapitalBank» - 127 milyon manat, «Bank of Baku» - 18,5 milyon manatdır.
«Xalq Bank» -11,8 milyon manat, «AFB Bank» - 8,7 milyon manat mənfəət əldə edib.
Hələlik yalnız bir bank zərər açıqlayıb – Bank BTB ilk yarım ili 5,3 milyon manat zərərlə bağlayıb.