2019-cu ilin aprel ayı üzrə bank sektorunun icmal göstəriciləri açıqlanıb
FED.az Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, 30 aprel 2019-cu il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi filiallarının sayı 512 ədəd olub. Ötən ay ilə müqayisədə bank filiallarının sayında dəyişiklik olmayıb. Ötən ilin eyni dövrü ilə müqayisədə isə bank sektorunun fəaliyyətdə olan filiallarının sayı 1 ədəd çoxdur.
Cari ilin aprel ayına bankların şöbələrinin sayı 128 ədəd olub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 15 ədəd azdır. Cari ilin mart göstəriciləri ilə müqayisədə isə 1 ədəd azdır.
Fəaliyyət göstərən 30 bankın ATM-lərinin sayı 2 544 ədəd olub.