Azərbaycan Beynəlxalq Bankı" (ABB) istisna olmaqla ölkədə fəaliyyət göstərən 29 bankdan 16-nın bu ilin yanvar-mart aylarındakı faiz gəlirləri ötən ilin eyni dövrünə nisbətən çox olub.
FED.az xəbər verir ki, bunlar "AFB Bank", "Rabitəbank", "Zıraat Bank Azərbaycan", "Bank BTB", "Günay Bank", "NBC Bank", "Kapital Bank", "Atabank", "Naxçıvan Bank", "Bank Silk Vey", "Express Bank", Pakistan Milli Bankının Bakı filialı, "Yapı Kredi Bank Azərbaycan", "Bank Respublika", İran Milli Bankının Bakı filialı və "Xalq Bank"dır. Ən yüksək dinamika "AFB Bank"da (98,8%), ən aşağı dinamika isə "Xalq Bank"da (2,1%) qeydə alınıb.
13 bankın - "Nikoyl Bank", "PAŞA Bank", "Bank Avrasiya", "Turan Bank", "Azərbaycan Sənaye Bankı", "Azər-Türk Bank", "AGBank", "Muğan Bank", "Access Bank", "Unibank", "Bank of Baku", "Amrah Bank" və "Bank VTB Azərbaycan"ın isə faiz gəlirləri azalıb. Ən çox azalma "Bank VTB Azərbaycan"da (58,4%), ən az azalma isə "Nikoyl Bank"da (3,7%) qeydə alınıb.
ABB faiz gəlirlərinin dinamikasını açıqlamayıb.