2025-ci ilin yekunlarına (31 dekabr vəziyyətinə) əsasən, Azərbaycanda fəaliyyət göstərən banklarda hüquqi şəxslərin depozit portfelinin illik artım dinamikası açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, hesabat dövründə bəzi bankların korporativ depozit portfelində yüksək artım templəri müşahidə olunub.
Renkinqə "Bank Avrasiya" ASC başçılıq edir. Bankın hüquqi şəxslərdən cəlb etdiyi depozitlər illik müqayisədə 54,3% artaraq mütləq ifadədə 3 milyon 567 min manat böyüyüb.
İkinci yerdə "AFB Bank" ASC qərarlaşıb – burada artım 53,9% və ya 39 milyon 314 min manat olub.
"Ziraat Bank Azərbaycan" ASC 31,6% artım tempi ilə üçüncü sırada yer alıb (mütləq artım 117 milyon 873 min manat).
Mütləq ifadədə rekord artım "PAŞA Bank" ASC-də qeydə alınıb – 1 milyard 74 milyon 13 min manat. Faizlə artım isə 23,8% təşkil edərək bankı dördüncü sırada qərarlaşdırıb.
Digər banklardakı artım göstəriciləri aşağıdakı kimidir:
"Bank of Baku" ASC korporativ portfelini 23,7% (13 milyon 577 min manat), "Unibank KB" ASC isə 16,4% (40 milyon 639 min manat) artırıb.
"Rabitəbank" ASC-də artım 14,6% (31 milyon 489 min manat) təşkil edib. "Xalq Bank" ASC 13,5% (129 milyon 247 min manat) artımla siyahıda yer alıb.
Siyahının sonrakı pillələrində "AccessBank" QSC (9,2% və ya 20 milyon 193 min manat) və "Azər Türk Bank" ASC (6,0% və ya 75 milyon 334 min manat) qərarlaşıb.
Renkinqi "Bank Respublika" ASC (5,8% və ya 41 milyon 590 min manat), "Premium Bank" ASC (3,9% və ya 3 milyon 374 min manat) və "Yapı Kredi Bank Azərbaycan" QSC (0,8% və ya 3 milyon 346 min manat) tamamlayır.












