Beynəlxalq kredit reytinqi agentliyi "Fitch Ratings", əcnəbilərin sahib olduğu 12 Türkiyə bankının, törəmə təşkilatlarının və 2 dövlət bankının valyutada uzunmüddətli kredit reytinqini aşağı salıb. Proqnoz "neqativ" olaraq müəyyənləşdirilib.
Eləcə də bax: Bank rəhbəri: "AZƏRBAYCANDA İFLAS PROSEDURU SADƏLƏŞMƏLİDİR"
Ftch-in bu qərarı 12 İyul 2019-da Türkiyənin ölkə kredit reytinqinin azaldılmasından sonraya təsadüf edir.
FED.az maliyyə portalı "Marja"ya istinadən xəbər verir ki, "Fitch"dən verilən açıqlamada, əcnəbilərin sahib olduğu Türkiyə banklarının reytinqinin "BB-"dən "B+"a endirilməsinə səbəb olaraq, Türkiyənin xaricdən maliyyələşməsində bir pisləşmə (maliyyə cəlb etməkdə çətinlik) olması vəziyyətində hökumətin bank sektoruna müdaxilə riskinin artması göstərilib.
Fitch-in reytinqini aşağı saldığı banklar; Türkiye Garanti Bankası AŞ, Yapı ve Kredi Bankası AŞ, Türk Ekonomi Bankası, QNB Finansbank AŞ, ING Bank AŞ, Kuveyt Türk Katılım Bankası, Alternatifbank AŞ, Türkiye Finans Katılım Bankası, Burgan Bank AŞ, ICBC Turkey Bank AŞ., BankPozitif Kredi ve Kalkınma Bankası, Denizbank AŞ, Türkiye İhracat Kredi Bankası AŞ (Türk Eximbank) ve TÜrkiye Kalkınma Bankası AŞ (TKYB)
12 Türkiyə bankının kredit reytinqi aşağı salındı - SİYAHI
09:23
20 İyul 2019