2025-ci ilin yekunlarına (31 dekabr vəziyyətinə) əsasən, Azərbaycanda fəaliyyət göstərən bankların cəmi öhdəliklərinin həcmi açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, hesabat dövründə öhdəliklərinin böyüklüyünə görə bazarın liderləri məlum olub.
Renkinqə "Azərbaycan Beynəlxalq Bankı" ASC başçılıq edir. Bankın öhdəlikləri 11 milyard 422 milyon 218 min manat təşkil edib.
İkinci yerdə "Kapital Bank" ASC qərarlaşıb – bankın öhdəlikləri 10 milyard 142 milyon 599 min manat olub.
"PAŞA Bank" ASC 8 milyard 489 milyon 548 min manat göstərici ilə üçüncü sırada yer alıb. "Xalq Bank" ASC isə 2 milyard 642 milyon 15 min manat öhdəliklə dördüncü olub.
Digər bankların göstəriciləri aşağıdakı kimidir:
"Bank Respublika" ASC-də 2 milyard 476 milyon 270 min manat, "Azər Türk Bank" ASC-də isə 2 milyard 71 milyon 53 min manat öhdəlik qeydə alınıb.
"Unibank KB" ASC 1 milyard 940 milyon 120 min manat göstərici ilə yeddinci yerdə qərarlaşıb. "AccessBank" QSC 1 milyard 537 milyon 638 min manat həcmlə siyahıda yer alıb.
Siyahının ilk onluğunu "Yelo Bank" ASC (1 milyard 338 milyon 752 min manat) və "Rabitəbank" ASC (1 milyard 270 milyon 771 min manat) tamamlayır.
Öhdəlikləri 1 milyard manatdan çox olan digər bank "Ziraat Bank Azərbaycan" ASC-dir (1 milyard 207 milyon 66 min manat).
Siyahının sonrakı pillələrində "Bank of Baku" ASC (976 milyon 705 min manat), "TuranBank" ASC (802 milyon 369 min manat) və "Azərbaycan Sənaye Bankı" ASC (697 milyon 862 min manat) yer alıb.
Renkinqi "Yapı Kredi Bank Azərbaycan" QSC (669 milyon 155 min manat), "Expressbank" ASC (540 milyon 384 min manat), "Premium Bank" ASC (480 milyon 278 min manat) və "AFB Bank" ASC (345 milyon 274 min manat) davam etdirir.
Siyahını "Bank BTB" ASC (305 milyon 897 min manat), "Bank VTB (Azərbaycan)" ASC (196 milyon 290 min manat), "Bank Avrasiya" ASC (124 milyon 525 min manat) və "Bank Melli İran" Bakı filialı (66 milyon 938 min manat) tamamlayır.












