2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda bankların biznes kreditləri portfeli 14,4% - 12 milyard 421,2 milyon manata qədər artıb.
FED.az xəbər verir ki, bu barədə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
Noyabrda bankların biznes kredit portfeli 174,8 milyon manat artıb (oktyabrda artım 167,7 milyon manat olub).
Noyabrın 30-na dövlət fondları hesabına maliyyələşdirilən biznes kreditləri portfeli 941,5 milyon manat məbləğində (2022-ci ilin sonuna olan göstərici ilə müqayisədə azalma 10,5% - İF) qiymətləndirilir.
Biznes kreditlərinin strukturunda 5 milyard 890,9 milyon manat iri biznesin, 2 milyard 288,8 milyon manat orta biznesin, 1 milyard 618.7 milyon manat kiçik biznesin, 2 milyard 622,8 milyon manat isə mikro biznesin payına düşür.
AMB-nin məlumatına görə, oktyabrın sonuna biznes kreditlərinin strukturunda qeyri-işlək kreditlərin həcmi 421,3 milyon manat məbləğində (portfelin 3,4%-i) qiymətləndirilir. 2022-ci ilin sonuna bu göstərici 507,3 milyon manat (4,7%) təşkil edib. (İnterfaks-Azərbaycan)