Xəbər verdiyimiz kimi, Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən “Muğanbank” ASC-nin lisenziyası ləğv edilib.
TƏCİLİ : “Muğan Bank”ın lisenziyası - LƏĞV EDİLDİ
FED.az biznes və maliyyə xəbərləri portalı “Qafqazinfo”ya istinadən xəbər verir ki, 2023-cü ilin III rübünün sonuna bank üzrə sığortalanmış (kompensasiya olunan) əmanətlər 216,7 milyon manatdır.
Bankın bağlanması ilə bağlı qısa şərh verən iqtisadçı Samir Əliyevin sözlərinə görə, oktyabr ayının 1-i tarixinə “Muğanbank” ASC-nin depozit portfelinin həcmi 322.5 milyon manat olub:
“Mərkəzi Bankın açıqlamasında bildirilib ki, bu müddətə bank üzrə sığortalanmış əmanətlər 216,7 milyon manat təşkil edir. Deməli, haradasa, 106 milyon manatlıq vəsaitin taleyi sual altındadır”.