Əmanətlərin Sığortalanması Fondu oktyabrın 12-də lisenziyası ləğv olunan 10 bankın qorunan əmanətçilərinə ödənilən kompensasiyanın həcmini açıqlayıb.
Fonddan verilən məlumata görə, “Parabank” ASC-nin qorunan əmanətçilərinə 32,803 mln. manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 50,853 mln. manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 17,977 mln. manat, “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 2,849 mln. manatdan artıq kompensasiya ödənilib. Dörd bank üzrə ümumilikdə 104,484 mln. manatdan artıq kompensasiya ödənişi həyata keçirilib.
Bu gün “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 13,839 mln. manat, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1,846 mln. manatdan artıq kompensasiya verilib. İki bank üzrə ümumilikdə 15,685 mln. manatdan artıq kompensasiya ödənilib.
“Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24,091 mln. manat, “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 955,721 min manat, “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 119,977 mln. manatdan artıq kompensasiya ödənilib. Üç bank üzrə ümumilikdə 145,024 mln. manatdan artıq kompensasiya verilib.
Bu gün “Bank Standard” QSC-nin qorunan əmanətçilərinə 20,452 miln. manatdan artıq kompensasiya ödənilib.
Ümumilikdə Fond tərəfindən 10 bank üzrə 285,647 mln. min manatdan artıq kompensasiya ödənilib.
10 bankın qorunan əmanətçilərinə 286 mln manat kompensasiya ödənilib
09:22
13 Okt 2016