Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 15-i bu il oktyabrın 1-nə olan vəziyyətə görə, Mərkəzi Bankdakı vəsaitlərinin illik müqayisədə dinamikası barədə məlumat verib ki, bunlardan da 5-də müsbət, 10-da isə mənfi dinamika müşahidə edilib.
FED.az xəbər verir ki, Mərkəzi Bankdakı vəsaitləri azalmış banklar "AFB Bank", "Naxçıvan Bank", "Kapital Bank", "AGBank", "Atabank", "Xalq Bank", "Azərbaycan Sənaye Bankı", Pakistan Milli Bankının Bakı filialı, "Muğan Bank" və "Nikoyl Bank"dır. Ən az azalma "AFB Bank"da (0,6%), ən çox azalma isə "Nikoyl Bank"da (90,2%) qeyd alınıb.
Eləcə də bax: Azərbaycanda 9 bankın - NAĞD VƏSAİTLƏRİ AZALIB
Qalan 5 bankın Mərkəzi Bankdakı vəsaitləri isə son 1 ildə artıb. Ən yüksək dinamika "Zıraat Bank Azərbaycan"da (5 dəfə), ən aşağı dinamika isə "Access Bank"da (2,2%) qeydə alınıb.
Mərkəzi Bankdakı vəsaitlərinin dinamikasını açıqlamayan banklar "Amrah Bank", "Azərbaycan Beynəlxalq Bankı", "Azər-Türk Bank", "Bank BTB", "Bank of Baku", "Bank Respublika", "Bank VTB Azərbaycan", "Express Bank", "Günay Bank" İran Milli Bankının Bakı filialı, "NBC Bank", "PAŞA Bank", "Rabitəbank", "Turan Bank" və "Unibank"dır.
Azərbaycanda 5 bankın Mərkəzi Bankdakı vəsaitləri 40 milyon manatdan çoxdur
Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 16-sı bu il oktyabrın 1-nə Mərkəzi Bankdakı vəsaitlərinin məbləği barədə məlumat verib ki, bunlardan da 5-də sözügedən göstərici 40 milyon manatdan çox olub.
Bunlar "Kapital Bank" (444,443 milyon manat), "PAŞA Bank" (402,247 milyon manat), "Access Bank" (84,619 milyon manat), "Naxçıvan Bank" (66,119 milyon manat) və "Xalq Bank"dır (43,576 milyon manat).
Qalan 11 bankdan 6-da Mərkəzi Bankdakı vəsaitlər 10-40 milyon manat arasında qədər, 4 bankda 1-10 milyon manat arasında, 1 bankda isə 1 milyon manatdan azdır.
Mərkəzi Bankdakı vəsaitlərinin məbləğini açıqlamayan banklar "Amrah Bank", "Azərbaycan Beynəlxalq Bankı", "Azər-Türk Bank", "Bank BTB", "Bank of Baku", "Bank Respublika", "Bank VTB Azərbaycan", "Express Bank", "Günay Bank" İran Milli Bankının Bakı filialı, "NBC Bank", "Rabitəbank", "Turan Bank" və "Unibank"dır.
"Renkinq"