Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) bu il lisenziyası ləğv edilən 10 kommersiya bankının qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir.
Fonddan verilən məlumata görə, indiyə qədər bu bankların əmanətçilərinə ümumilikdə 708,399 mln. manat ödənilib.
Belə ki, “Parabank” ASC-nin qorunan əmanətçiləri 42,862 mln. manat, “Zaminbank” ASC - 52,306 mln. manat, “Kredobank” ASC - 27,192 mln. manat, “Dekabank” ASC - 3,021 mln. manat, “Atrabank” ASC - 14,218 mln. manat, “Qafqaz İnkişaf Bankı” ASC - 1,926 mln. manat, “Bank of Azerbaijan” ASC - 24,147 mln. manat, “Gəncəbank” ASC - 975 min manat, “Texnikabank” ASC - 120,081 mln. manat, "Bank Standard" QSC-nin qorunan əmanətçiləri isə 421,669 mln. manat kompensasiya alıblar.