İtaliya KİV-lərinin yaydığı məlumata görə, Liquriya dənizində suyun səviyyəsinin artması nəticəsində Savona limanında iki avtomobil parklama ərazisi də daxil olmaqla “Maserati” markalı yüzlərlə yeni və xeyli sayda digər avtomobillər yanaraq yararsız hala düşüb.
FED.az xəbər verir ki, avtomobillərin batareyalarında partlayışa və yanğına səbəb dənizin duzlu suyu olub. İtaliya KİV-ləri terminaldakı yük maşınlarının və digər nəqliyyat vasitələrinin də alova büründüyünü bildirir. Qeyd edilir ki, hadisə yerinə 4 yanğınsöndürmə qrupu cəlb edilərək liman bağlanılıb. Partlayış nəticəsində xəsarət alan olmayıb.
Diqqətə çatdırılır ki, son günlər İtaliyanın əksər ərazisini cənginə alan güclü küləklər, yağışlar və fırtınaların yaratdığı dalğalar nəticəsində 9 nəfər həyatını itirib, 1 nəfər isə itkin düşüb.
Hazırda Liquriya əyalətində ekstremal hava şəraiti hökm sürdüyünə görə qırmızı xəbərdarlıq elan edilib.