Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 1 546 ədəd minik avtomobilləri istehsal edilib.
Azərbaycana gətirilən avtomobillərin yarıdan çoxu - HİBRİD MAŞINLAR OLUB
FED.az biznes və maliyyə xəbərləri Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, minik avtomobillərinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 278 ədəd və ya 15,2% azalıb.
Bununla yanaşı, bu dövrdə ölkədə 286 ədəd yük avtomobilləri 153 ədəd avtobus istehsal edilib. İllik müqayisədə yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobus istehsalı 4,8 dəfə artıb.
Traktorların istehsalı isə 8 ədəd (4%) azalaraq 191-ə düşüb.
Onu da bildirək ki, ötən ilin ilk dörd ayında ölkədə daha çox minik avtomobili istehsal edilsə də, anbarda qalan avtomobillərin sayı 138 ədəd idi. Bu il bu rəqəm 375-ə yüksəlib.
Qeyd edək ki, bu ilin may ayının birinə anbarlarda hazır yük avtomobilləri ehtiyatı 23 ədəd, avtobus ehtiyatı 34 ədəd, traktor ehtiyatı 6 ədəd olub.













