Hazırda müşahidə olunan yağışlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ yolu-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
BNA-dan FED.az-a verilən məlumata görə, məqsəd yağışlı hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etməkdir.
Hərəkət iştirakçılarına hava şəraitini nəzərə almağı eləcə də ehtiyatlı olmağı tövsiyə edilir.