2018-ci ilin yanvar-sentyabr aylarında yol hərəkəti qaydaları əleyhinə aşkarlanmış inzibati xətaların sayı 2017-ci ilin müvafiq dövrünə nisbətən 4,9 faiz artaraq 2635,4 min olmuşdur.
Eləcə də bax: Qəzalarda ölən və yaralananların - SAYI AÇIQLANDI
Bu barədə FED.az-a Dövlət Statistika Komitəsindən bildirilib.
Xətaların 51,5 faizi yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması (ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,8 faiz çox), 13,3 faizi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi (60,7 faiz çox), 10,3 faizi dayanma və ya durma qaydalarının pozulması (6,1 faiz çox), 10,5 faizi svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi (12,4 faiz çox), 3,8 faizi icbari sığorta müqaviləsinin bağlanmaması (19,1 faiz az), 3,1 faizi təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması (17,9 faiz az), qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanmışdır. Qaydaların pozulmasına görə 58,7 milyon manat məbləğində cərimələr tətbiq edilmişdir.
Eləcə də bax: Azərbaycanda milyon kilometr sürdü - YENİ MAŞIN VERDİLƏR
Yollarda bir bankın pulu yığılıb - 59 MİLYON CƏRİMƏ
17:35
13 Noy 2018