Bu xidmətin məzmununa baxanda, səlahiyyətli qurumun (DİN) texniki-texnoloji imkanlarına baxanda görmək olar ki, indiki anda onun elektronlaşması elə də ciddi problem deyil.
Düşünürəm ki DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin bu xidməti elektrona çevirməsi doğru və faydalı olardı.
Bu xidmət həm dövlət qeydiyyat nişanın verilməsini və nəqliyyat vasitəsinə mülkiyyət hüququnu təsdiq edən dövlət qeydiyyat şəhadətnaməsinin verilməsini nəzərdə tutur.
Xidmətin həyata keçirilməsində istifadə edilən “Giriş-çıxış və qeydiyyat" sistemi və DYP-nin "Mərkəzi İnformasiya Sistemi" də bu qurumun özünə məxsusudur.
Əgər ehtiyac olarsa yetərincə inkişaf edən DGK-nın və eGov Mərkəzinin informasiya sistemlərinə də inteqrasiyanın problem yaradacağını düşünmürəm.
Eyni zamanda sirr deyil ki, avtomobillərin dövlət qeydiyyat nişanların rəsmi dövlət rüsumu ilə bazar qiymətləri arasında kəskin var. Bəzən eşidirik ki hansısa bir avtomobil nömrəsi
50 000 manata da satılıb.
Düşünürəm ki, adı çəkilən xidmətin elektronlaşması prosesində avtomobillərin qedyiyyat nişanlarının da şəffaf və auksion formasında satış sistemini qurmaq faydalı olardı.
Bununla da fantastik rüsumlar dövlət büdcəsinə yönləndirilə bilərdi.
Ümid edirəm DİN və eGov Mərkəzi tezliklə bu ictimai əhəmiyyət kəsb edən xidməti elektronlaşdıracaq."
Yol polisini silkələyəcək təklif - AVTOMOBİLLƏRİN ELEKTRON QEYDİYYATI
21:03
16 Aprel 2019
Azərbaycan internet forumunun rəhbəri, informasiya texnologiyaları üzrə ekspert Osman Gündüz Azərbaycanda avtomobillərin qeydiyyatının elektron üsulla aparılmasını təklif edib. FED.az xəbər verir ki, ekspert yazır: "Nə üçün avtomobillərin dövlət qeydiyyatına alınması xidməti elektronlaşmır ?