Baş Dövlət Yol Polisi İdarəsi hava şəraitinin küləkli olması ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.
22 manatlıq nömrə necə 10 000 manata satılır? - BÜDCƏ ÜÇÜN YENİ MƏNBƏ
FED.az xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov "Qafqazinfo"-ya açıqlamasında bildirib ki, hazırda respublika ərazisində müşahidə olunan güclü küləkli hava şəraitini nəzərə alaraq sürücülərin nəqliyyat vasitələrini hündür mərtəbəli binaların yaxınlığında, eyvanların altında və aşmağa meyilli ağacların ətrafında park edilməsi olduqca təhlükəlidir.
V. Əsədov qeyd edib ki, sürücülər hərəkətdə olan zaman hava şəraiti ilə bağlı baş verə biləcək yol nəqliyyat hadisələrinin qarşısının alınması həmçinin yarana biləcək təhlükəli vəziyyətlərdə özlərinin və digər hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etmək üçün yollarda müəyyən edilmiş surət həddinə və yol nişanlarının tələblərinə ciddi əməl etməli, ötmə və manevr hərəkətləri edən zaman daha da diqqətli olmalıdırlar: "Vətəndaşların həyat və sağlamlığının qorunması, avtomobillərinə ziyan dəyməməsi üçün bütün hərəkət iştirakçılarına ehtiyatlı olmağı və vacib olmadığı halda avtomobildən istifadə etməmək tövsiyə olunur".
Şöbə rəisi onu da əlavə edib ki, şəhərin bəzi ərazilərində külək hətta işıqforları, digər dirəkləri və ağacları aşırıb: “Nəzarət kameraları ilə baxanda görürük ki, kameraların yerləşdiyi dirəklər belə küləyin gücündən tərpənir”.