Baş Dövlət Yol Polisi İdarəsi respublikanın avtomobil yollarında xüsusi karantin rejimini pozanların sayını açıqlayıb.
İdarədən FED.az-a bildiriblər ki, ümumilikdə aprelin 1-dən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 29 min 642 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.
Qeyd edək ki, xüsusi karantin rejiminin pozulmasına görə, cərimə 100 manatdır. Beləliklə bu pozuntulara yol verən sürücülər ümumilikdə 2,96 milyon manat cərimə olunublar.