Azərbaycanda istehsal edilən minik avtomobillərin sayı bir qədər də artmaqla ilin yanvar-sentyabr aylarında 1 516 ədəd olub.
Eləcə də bax: Azərbaycana avtomobil idxalı sürətlə - ARTIR
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi bildirir.
Məlumata görə, istehsal edilmiş avtomobillərin həcmi 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 9.7% artıb.
İstehsal edilmiş avtomobillərin 302 ədədi isə sentyabr ayının payına düşüb.
Anbarlarda olan avtomobillərin sayı isə 366 ədəd təşkil edib. Beləliklə sentyabrda istehsal edilmiş avtomobillərdən yalnız 175 ədədi bazarda satış üçün yönəldilib.