"Bolt" və "Uber"in yeni qaydalara uyğun gəlməyən taksilərin sürücülərinin profillərini bloklamağa başladığı deyilir.
Yaşı 8 ildən artıq olan maşınların taksidə istifadəsi - BU GÜNDƏN QADAĞAN EDİLDİ
FED.az xəbər verir ki, "Bolt" taksi şirkəti məlumatı təsdiqlənib.
Bildirilib ki, iyulun 1-dən etibarən qüvvəyə minən yeni qaydalara uyğun gəlməyən sürücülərin profilləri bağlanır.
Qeyd edək ki, eyni zamanda, digər taksi şirkətləri də onlarla əməkdaşlıq edən sürücülər arasında taksi fəaliyyəti üçün nəzərdə tutulan qaydalara uyğun gəlməyən sürücülərin hesabını bloklayırlar. (Oxu.az)