Təcəzə zavoddan çıxan “Toyota Camry”nin bu gün Bakıda təqdimat mərasimi keçirildi.
FED.az xəbər verir ki, yeni “Camry”nin qiyməti 32 min 200 dollardan başlayır (54 min 740 manat), 49 min 900 dollara qədər dəyişir (84 min 830 manat).
Avropa spesifikasiyalı, yeni – səkkizinci nəsil “Camry” xarizmatik, aqressiv, dinamik və bir qədər də yarış üslubunu özündə cəmləşdirib.
Bu modelin yeni versiyası əvvəlkinə nisbətən bir qədər uzundur və arxada əyləşən sərnişinlər üçün daha komfortlu olub. İdarəetmənin ön paneli müasir texnoloji avadanlıqlarla zənginləşdirilib. Sürücü və sərnişinlərin təhlükəsizliyi maksimum dərəcədə nəzərə alınıb və maşın 10 təhlükəsizlik yastığı ilə təchiz olunub.
Eləcə də bax: Sürücülərin DİQQƏTİNƏ! Təcili-yardımın kameraları çəkir
Bu yeni modeldə TNGA (Toyota New Global Architecture) modul şassi idarəetmə sistemi quraşdırılıb. Toyotanın “Yeni Qlobal Arxitektura”sı həm də mükəmməl sükan sütunu deməkdir. Bu sistem Yaponiyanın aparıcı mütəxəssisləri tərəfindən uzun müddət sınaqdan keçirildikdən sonra “Camry”də tətbiq olunub. Bu zaman sükanın səviyyəsi bir qədər aşağı olur ki, bu da sürücünün rahatlığı üçün düşünülərək hazırlanıb.
Növbəti məqam isə odur ki, yeni “Dinamic Force Engine 3,5L” həcmli mühərrik və 8 pilləli sürət ötürücüsü “Direct Shift-8AT”, “TNGA” layihəsinə uyğun hazırlanıb. Bu mühərrik daha yığcam və daha yüngüldür. Yeni mühərrik sərf olunan yanacağın faydalı iş əmsalını artıracaq. Bu zaman ümumi yanacaq sərfiyyatı 20%-ə qədər azaldığı halda, mühərrik 10% daha güclü çalışacaq.
Yeni “Toyota Camry” Azərbaycandakı rəsmi dileri olan “Toyota Bakı Mərkəzi” tərəfindən 2,5 L və 3,5 L həcmli mühərriklə satılır.
Yeni “Camry” artıq Azərbaycanda – QİYMƏT+FOTO
17:07
16 Mart 2018