«AvtoVAZ» 2023-cü ilin sonuna qədər yenilənmiş «Lada Vesta NG»nin (Yeni Nəsil) 1,8 litrlik mühərrik və avtomatik transmissiya ilə təchiz edilməsi üzrə işləri başa çatdıracaq.
Azərbaycanda 35 avtomobil satışa çıxarılır - QİYMƏTLƏR 800-18000 MANAT
FED.az xəbər verir ki, bu barədə müəssisənin məhsul və proqramlar üzrə direktoru Oleq Qrunenkov bildirib.
O bildirib ki, “avtomat” sürət qutusu ilə yenilənmiş «Vesta»nın buraxılışı 2024-cü ilin birinci rübündə gözlənilir. Zavodun nümayəndəsi aydınlaşdırıb ki, avtomobillər variatorla - fasiləsiz dəyişən transmissiya ilə təchiz ediləcək. Hazırda Vesta NG yalnız mexaniki transmissiya və 90 və ya 106 at gücünə malik 1,6 litrlik mühərriklərlə mövcuddur.
Keçmiş nəslin modelləri mexaniki və ya robot sürət qutusu ilə birlikdə 1,8 litrlik mühərrik (122 at gücü) ilə təchiz edilib. Onların istehsalı Qərbin iqtisadi sanksiyaları fonunda komponent çatışmazlığı səbəbindən dayandırılıb.
AvtoVAZ-ın daha güclü 1,8 litrlik mühərriki ilə bağlı bəzi şikayətləri var idi, məsələn, yağ yeməsi və sair. Amma Qrunenkov əmin edib ki, bu problemlər Vesta NG-də quraşdırılacaq mühərrikin təkmilləşdirilmiş versiyasında həll olunub.