Rusiyanın «AvtoVAZ» zavodu «LADA»nın yeni modelini təqdim edib. FED.az xəbər verir ki, «Vesta Cross» adlanan model Rusiya tarixində ilk yolsuzluq sedanı sayılır.
Belə ki, avtomobilin yoldan hündürlüyü 20 santimetrdən artıqdır (203 mm) – bu bəzi krossoverlərdən də artıqdır. Hələlik avtomobilin yalnız ön təkərləri aparıcıdır, «Vesta Cross» 1,6 və 1,8 litrlik benzin motorları ilə buraxılacaq, sürət qutusu isə ya mexanikadır, ya da robotlaşdırılmış transmissiya.
Hələlik yeni modelin qiyməti elan edilməyib, amma ilkin qiymətləndirmələrə görə, Vesta 740 min rubla və ya 12 min dollara satılacaq.
Payl