Mart ayının 18-i tarixində Çinin Jac markasının T6 pikap tipli avtomobillərinin sınaq yürüşü keçirilirib. Avtomobillər media nümayəndələrinin iştirakı ilə Bakıdan Gəncə şəhərinə oradanda Göygöl dövlət qoruqu yaxınlığına kimi sınaq edilib. Bakıdan start götürən sınaq yürüşü iştirakçıları Gəncə şəhərinə çatıblar. Gəncə avtomobil bazarında düzənlənən xüsusi ərazidə potensial müştərilərə avtomobil haqda məlumatlar verilib. 200-ə yaxın insan JAC T6 haqda dolğun məlumatlar əldə ediblər. Avtomobilləri idarə edərək xüsusi maneələrdən keçən şəxslərə JAC markasından xüsusi hədiyyələr təqdim olunub. Avtomobilləri yolsuzluq şəraitində idarə edən media nümayəndələri avtomobilin texniki göstəriciləri və yanacağa qənaətli olmasını bildiriblər.
Xatırladaq ki, Jac markasının T6 modeli 34.800 AZN-dənbaşlayan qiymətlərlə təklif olunur. Markanın Azərbaycanda yeganə və rəsmi distribyutoru Sirena Motors şirkətidir. Sirena Motors Jac markasından əlavə Çinin nəhəng avtomobil istehsalçıları olan CHANGAN, BAİC VƏ GAC markalarınıda rəsmi və yeganə distribütorudur. “Sirena Motors”da avtomobillər ilkin ödəniş 10% dən başlayaraq 5 illik kredit şərtləri ilə satılır. Avtomobillərə 5 il və ya 120.000 km zəmanət verilir.