Təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə cərimələnən sürücü elektron protokola əlavə edilmiş videonu sosial şəbəkədə paylaşıb.
FED.az xəbər verir ki, protokol paytaxın Füzuli küçəsində qeydə alınıb. Görüntüdən də aydın şəkildə görünür ki, sürücü həqiqətən də təhlükəsizlik kəmərindən istifadə etməyib.
Kamera qayda pozuntusunu qeydə alan zaman sürücünü yaxın rejimdə də çəkir ki, xəta tam sübuta yetirilsin. Əvvəllər kameraların pikseli o qədər yüksək olmadığı üçün sürücülər kəmərdən istifadə etdiklərini bildirərək müxtəlif bəhanələr gətirirdilər. Təbii ki, bu bəhanələr də cərimədən yayınmaq üçün idi. Lakin yeni quraşdırılmış kameralar çox keyfiyyətli çəkdiyi üçün sürücülər məsuliyyətdən boyun qaçıra bilmirlər. Eyni zamanda həmin kameraların infra qırmızı işıqları da olduğu üçün geccə vaxtı da qaydda pozuntularını rahatlıqla qeydə ala bilir.(avtofser)