20-22 İyul 2018-ci il tarixlərində Qəbələdə 15-ci “Qafqaz Motor Şou” (Caucausus Motor Show) avtomobil sərgisi keçiriləcəkdir. Rəsmi distribyutor “Auto Azərbaycan” şirkətindən verilən məlumata görə, bu sərgidə Azərbaycanda ilk dəfə Tam Yeni Santa Fe və Tam Yeni Veloster modellərini təqdim edəcəkdir.
FED.az xəbər verir ki, Cənubi Koreyalı istehsalçı Hyundai, dizayn, yeni texnologiyalar və təhlükəsizlik sistemləri baxımından yenilədiyi dördüncü nəsil Hyundai Santa Fe modelini Mart ayında 88-ci Cenevrə Avtomobil Sərgisində təqdim etmişdi.
Bir günə sistemə oturmalıdır - CƏRİMƏLƏRDƏ YENİLİK
Daha dinamik və aqressiv görünən yeni Santa Fe, 4770 mm uzunluq və 1890 mm en ölçüləri ilə sələfindən 70 mm daha uzun və 10 mm daha enlidir. Bu uzunluq arxa kresloda səyahət edən sərnişinlərə daha geniş bir diz məsafəsi təmin edir. Həmçinin avtomobilin baqaj həcmi artırılaraq 585 litrə çatdırılıb.
Yeni Santa Fe 3 fərqli mühərrik variantı ilə satışa təqdim olunur. Dizel variant mühərriklər 2.0 və 2.2 litr, benzin variant isə 2.0 litr tubodur. Avtomobilin 6 pilləli mexaniki və ya 8 pilləli avtomatik sürətlər qutusu ilə təchiz edilən versiyaları mövcuddur. Yeni Santa Fe-də HTRAC adlı elektron dörd çəkiş (4x4) sistemi mövcuddur.
Hyundai-ın idman avtomobili yeni Veloster 1.6 litrlik turbo mühərrikilə 201 at gücü hasil edir. 2.0 litr mühərrikə malik olan Veloster N isə 275 at gücündədir.
İlk dəfə Detroit Avtomobil Sərgisində nümayiş etdirilimiş Volester modeli də tam yenilənib. Hyundai Volester 3 qapılı idman üslubunda avtomobildir. Unikal dizayna malikdir. Gənc ruhlu, aktiv həyat tərzi keçirən, sürəti sevən insanlar bu avtomobilə üstünlük verirlər.
“Auto Azərbaycan” şirkətindən verilən məlumata görə, təqdimatdan sonra, yəni iyul ayının 23-dən etibarən yeni modellərin satışına başlanacaq. Amma hələlik avtomobillərin qiymətləri açıqlanmayıb. Qeyd edək ki, hazırda təklif edilən "Santa Fe"nin qiyməti 58 500 manatdan başlayır.