Dünyada dizel və benzin mühərrikə malik avtomobilləri qadağan edən ölkələrin sayı artır.
FEED.az-ın məlumatına görə, dünyanın böyük iqtisadiyyata malik ölkələrindən Çin. Hindistan, Fransa, İngiltərə və Norveç fərqli tarixlərdə benzin və dizel mühərrikli avtomobilləri qadağan etməyə hazırlaşır.
ELƏCƏ DƏ BAX: Məşhur avtomobilinin Bakıda satışı başladı – QİYMƏTLƏR
Bu ölkələrlə bərabər, Avstriya, Danimarka, İrlandiya, İspaniya, Yaponiya və Cənubi Koreyada belə avtomobillərə qadağa qoymaq niyyətindədir.
Hökumətlər elektrikli avtomobillərə keçidlə bağlı niyyətlərini açıqladığı bir vaxtda avtomobil şirkətləri də hərəkətə keçib. Bir çox şirkət elektriklə çalışan avtomobillərin istehsalına yeni sərmayələr qoyulmaqdadır. Bu sıraya artıq “Mercedes” də qatılıb.
“Daimler” şirkətinin baş direktoru Dayter Zetşe 2022-ci ilə qədər “Mercedes”-in bütün modellərində elektriklə çalışan mühərriklərə malik avtomobilləri istehlakçılara təqdim edəcəklərini açıqlayıb.
Ölkələrin və şirkətlərin planları fonunda ən geci 2040-cı ildən sonra artıq yollarda elektriklə çalışan avtomobillərin üstünlük təşkil edəcəyi gözlənilir.
Yeni avtomobil erası – BAŞLANIR
19:54
14 Noy 2018