Gələn il yanvarın 1-dən mühərrikinin həcmi 3000 kubsantimetrdən çox və istehsal tarixi 3 ildən artıq olan minik avtomobillərinə görə aksiz dərəcələri artırılır.
Eləcə də bax: Prezident “Dövlət rüsumu haqqında” qanuna dəyişiklikləri - TƏSDİQLƏYİB
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün tətbiqi barədə fərman imzaladığı Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan Məcəlləyə əsasən, hazırda minik avtomobillərinə tətbiq olunan aksiz dərəcələri aşağıdakı kimidir:
Vergitutma obyektinin adı |
Aksizin dərəcəsi |
Minik avtomobilləri: |
|
- mühərrikin həcmi 2000 kubsantimetrədək olduqda |
Mühərrikin həcminin hər kubsantimetrinə görə – 0, 30 manat |
- mühərrikin həcmi 3000 kubsantimetrədək olduqda |
600 manat + mühərrikin həcminin 2001- 3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 5 manat |
- mühərrikin həcmi 4000 kubsantimetrədək olduqda |
5600 manat + mühərrikin həcminin 3001- 4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 13 manat |
- mühərrikin həcmi 5000 kubsantimetrədək olduqda |
18600 manat + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 35 manat |
- mühərrikin həcmi 5000 kubsantimetrdən çox olduqda |
53600 manat + mühərrikin həcminin 5000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə – 70 manat |
Dəyişikliyə əsasən, mühərrikin həcmi 3000 kubsantimetrdən çox və istehsal tarixi 3 ildən artıq olan minik avtomobillərinə isə fərqli, daha yüksək aksiz dərəcələri tətbiq olunacaq:
Vergitutma obyektinin adı |
Aksizin dərəcəsi |
|
- mühərrikin həcmi 4000 kubsantimetrədək olduqda
- mühərrikin həcmi 5000 kubsantimetrədək olduqda
- mühərrikin həcmi 5000 kubsantimetrdən çox olduqda
|
5600 manat + mühərrikin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 15 manat
20600 manat + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 40 manat
60600 manat + mühərrikin həcminin 5000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə - 80 manat |
|
Eyni zamanda idxal olunan minik avtomobillərin istehsal tarixi 7 ildən artıq olduqda, hesablanmış aksiz məbləğinə benzin mühərrikli minik avtomobillərdə 1,2, dizel mühərrikli minik avtomobillərdə isə 1,5 yüksəldici əmsalı tətbiq ediləcək.