Gürcüstanda 1 aprel 2006-cı il tarixində verilmiş sürücülük vəsiqələri 2018-ci il yanvarın 1-də hüquqi qüvvəsini itirir. FED.az xəbər verir ki, dəyişiklik müasir standartların plastik sürücü kartlarına tətbiq edilmir. Bununla bağlı Gürcüstan Daxili İşlər Nazirliyinin Xidmət Agentliyi tərəfindən məlumat verilib.
Bildirilib ki, sürücü vəsiqəsi Xidmət Agentliyinin hər hansı bir şöbəsində dəyişdirilə bilər. Vəsiqəni dəyişdirmək üçün vətəndaş sağlamlıq şəhadətnaməsi, şəxsiyyət vəsiqəsi və mövcud sürücü sənədini təqdim etməlidir. Sürücü sənədini dəyişdirmək üçün 15 lari, itirilmiş vəsiqənin bərpa dəyəri 35 lari təşkil edir.
Bundan əlavə, 2006-cı ildən əvvəl alınmış, lakin 2006-cı ildən sonra yenilənmiş sürücülük vəsiqəsi hüquqi qüvvədəd qalır və dəyişdirmək lazım deyildir.
Vətəndaş 2018-ci il yanvarın 1-dən əvvəl sürücülük vəsiqəsini dəyişməsə, sənəd avtomatik olaraq etibarsız sayılacaq. Vətəndaş sürücü vəsiqəsini dəyişdirdikdən sonra nəqliyyat vasitəsini idarə edə biləcək.
Qeyd edək ki, 2018-ci il yanvarın 1-dən sonra sürücülük vəsiqəsini dəyişdirmək istəyən hər hansı şəxs nəzəri və ya praktiki imtahan verməyəcək.
gaxa.ge