Azərbaycanda nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 2025-ci ilin yanvar ayında 18,4 milyon ton yük və 157,2 milyon sərnişin daşınıb. 2024-cü ilin yanvar ayı ilə müqayisədə, yük daşınması 5,5%, sərnişin daşınması isə 7,9% artıb.
Bakıda taksilərin qiyməti qalxdı - Bəzi ərazilərə gedişhaqqı 35-40 manatdır
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verib.
Hesabat ayında nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 138,1 milyon sərnişin daşınıb ki, bu da illik müqayisədə 8,4% çoxdur.
Dövr ərzində taksi xidmətlərindən istifadə edən sərnişinlərin sayı 5,9 milyon nəfər olub ki, bu da illik ifadədə 0,5% azalma deməkdir. Həmçinin, hesabat dövründə avtobuslardan istifadə edənlərin sayı isə 132,3 milyon nəfər təşkil edib ki, bu da 2024-cü ilin yanvar ayındakı göstərici ilə müqayisədə 8,8% çoxdur.
2024-cü ildə isə ölkədə nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 9,3 milyon ton yük, 127,5 milyon sərnişin daşınmışdı ki, bu da əvvəlki ilin yanvar ayı ilə müqayisədə müvafiq olaraq 6,7% və 5,9% artım deməkdir. Ötən il sərnişinlərin 95,4%-i avtobus, 4,6%-i isə minik taksilərinin xidmətlərindən istifadə etmişdi.
Beləliklə, 2024-cü ilin yanvar ayı ilə müqayisədə bu ilin yanvarında ölkədə avtobusdan istifadə artıb, taksidən istifadə isə azalıb. (Trend)