Çin avtomobil şirkətləri alıcıları yeni qiymətlərlə təəccübləndirməkdə davm edirlər.
FED.az xəbər verir ki, bu ay Çində «Geely» şirkətinin yeni modeli «Geely Galaxy L6 EM-i» hibrid sedanının ilkin sifarişləri başlayıb.
Dünyanın ən böyük Bugatti satış mərkəzi Bakıda açılır - FOTOLAR
Avtomobil hətta Çin mühiti üçün ucuz alınıb – ilkin alıcılar bum odel üçün cəmi 12,3 min dollar ödəyəcəklər.
«Geely Galaxy L6 EM-i»nin güc qurğusu 111 at gücündə olan 1,5-litrlik benzin mühərrikindən və 218 at gücündə olan elektrik mühərrikindən ibarətdir.
Start qiyməti 500 manatdan başlayan avtomobillər - HƏRRACDA SATILIR - SİYAHI, QİYMƏTLƏR
Avtomobildəki benzin motoru yalnız enerji toplamaq üçündür, təkərləri elektromotor hərəkətə gətirir.
Batareyanın tutumu 8,5 və ya 19,09 kVtsaat təşkil edir, bu o deməkdir ki, maşın yalnız elektriklə 48 və ya 115 kilometr gedə bilir. Maşının yanacaq vurmaqla birdəfəyə gediş məsafəsi 2000 ki lomietr təşkil edir.
Köhnə maşınların məhv edilməsinə görə - 140 MİN MANAT ÖDƏNİŞ EDİLİB - FOTO
«Geely Galaxy L6 EM-i»nin ölçüləri pis deyil - 4782 x 1875 x 1489 millimetr, təkər bazası — 2752 mm.
Avtomobilin təchizatı da pis deyil: çox funksiyalı sükan, smartfonların kabelsiz enerji yığması, klimat və kruiz kontrol, sürücüyə dəstək sistemləri və sair.
Ekspertlər bildirir ki, belə qiymət və göstəricilərdə «Galaxy L6 EM-i» Çinin özündəki aşağı qiymətli sedanlarla, hətta BYD-nin avtomobilləri ilə də rəqabət apara bilər.