Rusiyanın "AvtoVAZ" Konserninin Azərbaycanda rəsmi idxalçısı “Xəzər Lada” ASC 2017-ci ili 200 min manat xalis mənfəət ilə başa vurub.
Qeyd edək ki, ASC 2016-cı ili 400 min manat, 2015-ci ili də 400 min manat xalis mənfəət ilə bağlamışdı.
FED.az ASC-nin hesabatına istinadən xəbər verir ki, ötən il “Xəzər Lada” ASC-nin cəmi gəlirləri 13 milyon 586 min manat, cəmi xərcləri isə 13 milyon 336 min manat təşkil edib. Nəticədə 250 min manat xalis maliyyə gəliri əldə edilib. Gəlirdən 50 min manat mənfəət vergisi ödənilib.
2016-cı ildə “Xəzər Lada”nın cəmi gəlirləri 15 milyon 732 min manat təşkil etmişdi. 2016-da cəmi gəlirlər 2015-ci illə müqayisədə təxminən 38% azalmışdı.
Qeyd edək ki, Azərbaycanda VAZ satışları azalıb.