Banner

Avto

“Xəzər” avtomobillərini taksi kimi işlədəcəklər

“Xəzər” avtomobillərini taksi kimi işlədəcəklər | FED.az
10:53 29 İyun 2018

“Xəzər” avtomobil zavodunun istehsal etdiyi ilk üç avtomaşın Gəncə Şəhər İcra Hakimiyyəti yanında Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi tərəfindən alınıb.

FED.az xəbər verir ki, bu avtomobillər xidməti istifadə üçün nəzərdə tutulub.

Gələn ay daha 2 belə avtomobil alınacaq və onlardan şəhər nəqliyyatının tənzimlənməsində istifadə ediləcək.

Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin rəisi Murad Sətdarov bildirib ki, gələcəkdə taksi kimi istifadə olunması nəzərdə tutulan daha 20 avtomobilin alınması planlaşdırılır.

Digər xəbərlər

Banner