Banner

Avto

«Xəzər» avtomobilləri belə olacaq – TEXNİKİ PARAMETRLƏR

«Xəzər» avtomobilləri belə olacaq – TEXNİKİ PARAMETRLƏR | FED.az
16:55 12 İyun 2018

Neftçalada Avtomobil Zavodunda istehsal olunacaq «Xəzər» avtomobillərinin texniki parametrləri açıqlanıb. FED.az-ın əldə etdiyi məlumata görə, burada buraxılacaq «Xəzər LD» vı «Xəzər SD» avtomobilləri bəzi parametrlərinə görə, ölkədə istismar edilən xarici maşınlarla müqayisə oluna bilər. Beləliklə…

 

1,7 litr mühərrik, mexanika sürət qutusu

Hər iki avtomobil 1,7 litr lik mühərriklə təmin edilib. Amma «Xəzər LD»nin gücü 150 at gücü, «Xəzər SD» isə 115 at gücüdür. Müqayisə üçün bildirək ki «Şevrolet Aveo»nun mühərriki 86 at gücündə, «KİA Cerato»nun mühərriki isə 141 at gücündədir.

Hər iki avtomobil mexaniki sürət qutusuna malikdir.  Maksimal sürət «Xəzər SD»də saatda 189 kilometr,  «Xəzər LD»də isə 205 kilometr/saatdır.

Qabarit və tutum göstəriciləri

Hər iki avtomobilin fiziki göstəriciləri eynidir, maşınların hündürlyü, eni, uzunu, hətta yanacaq çəninin tutumu (66 litr) və yük yeri də eynidir.   Maşınların sükanında hidravlik göstərici var və sükan tənzimlənir. Hər iki avtomobil ABC əyləc sistemi ilə təmin edilib. Oturacaqlar elektriklə tənzimlənir.

 

Kondisioner də var

Avtomobillərin hər iki si kondisionerlə təmin edilib, eləcə də qabaq və arxa şüşələr elektriklə qaldırılıb-endirilir. Eləcə də gücgülər elektriklə idarə edilir, arxa şüşənin qızdırıcısı da var.  Maşınlar CD oxuducu/MP3, monitorla təmin edilib.

 

Avtomobillərin təhlükəsizlik sistemlərinə açarsız giriş, mərkəzi kilidlənmə, hava yastıqları, siqnalizasiya, arxa görüntü kamerası və park radar aiddir. Lüks versiyada yan hava yastıqları da var. Adi variantda isə yastıq yalnız sürücü və sərnişin üçündür. Avtomobillərin ön faraları leddir.

Digər xəbərlər

Banner