Bu ilin ilk 11 ayında Azərbaycana 81,8 milyon dollar dəyərində 7 min 123 ədəd yük avtomobili idxal edilib.
FED.az Dövlət Gömük Komitəsinə istinadən xəbər verir ki, yük avtomobili idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 45,5 milyon dollar və ya 35,8%, miqdar ifadəsilə isə 527 ədəd, başqa sözlə 6,9% azdır.
Qeyd edək ki, 2024-cü ilin yanvar-noyabr ayları ərzində ölkəyə 127,4 milyon dollar dəyərində 7 min 650 ədəd yük avtomobili gətirilmişdi.
Bu ilin ilk 11 ayının nəticələrinə görə idxal olunan bir yük avtomobilinin orta qiyməti 11 min 490 dollar (təxminən 19 min 533 manat) təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 16 min 652 dollar (təxminən 28 min 308 manat) idi. Bu da illik müqayisədə 5 min 162 dollar (8 min 775 manat) və ya 31% ucuzlaşma deməkdir.










