2018-ci ilin yanvar-avqust ayları ərzində Azərbaycana nəqliyyat vasitələrinin idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə artaraq 14 min 34 ədədə çatıb.
FED.az Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir ki, 2017-ci ilin 8 ayında Azərbaycanda 5 min 662 ədəd nəqliyyat vasitələri idxal edilib.
Qeyd olunan dövrdə minik avtomobillərinin idxalı isə 2,6 dəfə artıb. Əgər ötən ilin yanvar-avqust aylarında ölkəyə 4 min 874 ədəd minik avtomobili gətirilibsə, bu ilin yanvar-avqust aylarında minik avtomobillərinin idxalı 12 min 525 ədədə çatıb.
Onu da deyək ki, bu ilin avqust ayında idxal edilən cəmi nəqliyyat vasitələrinin sayı 2 min 334 ədəd təşkil edib. İyulda isə bu rəqəm 2 min 112 ədəd olub.
2018-ci ilin avqustunda idxal edilən minik avtomobillərinin sayı 2 min 123 ədəd təşkil edib. İyul ayında isə onların sayı 1 917 ədəd olub.
2018-ci ilin yanvar-avqust ayları ərzində ölkəyə gətirilmiş avtomobillərin 100 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 12 525 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 1 332 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 77 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.
Malın adı | Miqdarı (ədəd) 2017-ci ilin 8 ayı ərzində |
Miqdarı (ədəd) 2018-ci ilin 8 ayı ərzində |
Cəmi idxal olunmuşdur o cümlədən: | 5 662 | 14 034 |
Sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri | 134 | 100 |
Əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri | 4 874 | 12 525 |
Yük daşımaq üçün motorlu nəqliyyat vasitələri | 603 | 1 332 |
Xüsusi təyinatlı motorlu nəqliyyat vasitələ | 51 | 77 |