Elektrik mühərriki ilə hərəkətə gətirilən avtobuslar 15 faiz idxal gömrük rüsumundan azad edilib.
FED.az xəbər verir ki, Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi haqqında Qərar imzalayıb.
Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, indiyədək bu 15% rüsum tətbiq edilən elektrikli avtobuslar üçün rüsumun dərəcəsi 0%-ə endirilib.
Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir və 2025-ci il yanvarın 1-dək qüvvədə olacaq.